Cavabını tapmadın?
Komandamız layihə, tərəfdaşlıq və texniki suallara 3 iş günü ərzində cavab verir.
Bizimlə əlaqəFAQ
Cloyo loyalty platforması haqqında ən çox verilən suallar.
Müştəri tətbiqi istifadəçilər üçün pulsuzdur. Mağazalar üçün biznes modeli pilot mərhələdə müzakirə olunur.
Pərakəndə, xidmət, kafe, kitabxana, salon və digər sahələr — loyalty proqramı olan istənilən biznes.
Mağazanın QR kodunu skan edirsən; möhür və ya balans yenilənir. Kamera yalnız QR üçündür.
Şərtlər tamamlananda tətbiqdə aktiv olur; mağazada təsdiq edib təhvil alırsan.
Mağaza heyəti üçün mobil idarəetmə tətbiqi — skan təsdiqi, müştərilər, kampaniyalar.
Hesab və ödəniş məlumatları standart təhlükəsizlik praktikaları ilə qorunur.
Bəli, tətbiq parametrlərindən push bildirişlərini idarə edə bilərsən.
Əlaqə formasında «Komandaya qoşulmaq» seç və rolunu yaz.
Qiymət biznesin ölçüsünə və seçdiyi modullara (sifariş, kassa, anbar) görə dəyişir — bizimlə əlaqə saxlayın, sizə uyğun təklif hazırlayaq.
Sadiqlik, kampaniya və rəy hər planda var. QR masa sifarişi, kassa (POS) və anbar isə əlavə modullardır — ehtiyacınıza görə komandamız tərəfindən aktivləşdirilir.
Sadə sadiqlik proqramı bir neçə saata qurula bilər. Sifariş, kassa və ya anbar kimi əlavə modullar biznesin ölçüsündən asılı olaraq bir neçə günə tam işə salınır.
Xeyr — Cloyo QR skan və mobil tətbiq üzərində işləyir, xüsusi terminal tələb olunmur. Kassa (POS) modulunu istəsəniz, mövcud kassanız yanında paralel istifadə edə bilərsiniz.
Müştəri rəsmi dövlət qəbzini skan edir, sistem onu birbaşa dövlət monitorinq bazasından yoxlayır. Qəbzdəki vergi nömrəsi (VÖEN) sizinlə üst-üstə düşəndə əməliyyat avtomatik təsdiqlənir — bu rəqəm saxtalaşdırıla bilməz.
Bəli. Hər işçi hesabına ayrı-ayrı icazələr (sadiqlik, menyu, anbar, sifariş, rəy və s.) verə bilərsiniz. Heyət idarəetməsi və ödəniş yalnız sahibə açıqdır.
Bəli. Sonsuz sayda filial əlavə edə bilərsiniz, hər birinin öz statistikası, komandası və hətta öz vergi nömrəsi ola bilər — lakin sadiqlik kartı bütün şəbəkədə vahid işləyir.
Bəli, abunəlik istənilən vaxt ləğv edilə bilər. Ləğvdən əvvəl komandamızla əlaqə saxlamağınız kifayətdir.
Müştəri və satış məlumatları sizin biznesinizə aiddir. Standart təhlükəsizlik təcrübələri ilə qorunur və reklam məqsədilə üçüncü tərəflərə satılmır.
Siz hədəfi özünüz seçirsiniz — bütün müştərilər, yalnız aktiv olanlar, yalnız müəyyən filialın müştəriləri və ya yalnız yaxınlıqdakılar. Göndərmədən əvvəl neçə nəfərə çatacağını görürsünüz, sərhədsiz spam yoxdur.
Bəli, bu, əsas abunəlikdən ayrı, istifadəyə görə ödənilən əlavə paketdir — istəsəniz aktivləşdirirsiniz, istifadə etdiyiniz qədər ödəyirsiniz.
Xeyr, proqramçı lazım deyil. Kateqoriya, məhsul, qiymət və şəkilləri idarəetmə panelindən özünüz istənilən vaxt dəyişə bilərsiniz.
Bəli — məsələn, həm klassik möhür kartı, həm də xərc-əsaslı pilləli mükafat proqramını paralel apara bilərsiniz.
Xeyr, məlumatlarınız saxlanılır. İstəyə görə ixrac və ya silinmə sorğusu əlaqə vasitəsilə qəbul olunur.
Bəli. Müştəri tətbiqdən filial, tarix, saat və qonaq sayını seçib rezervasiya sorğusu göndərə bilər; biznes təsdiqləyir və rezervasiyadan qısa müddət əvvəl avtomatik xatırlatma bildirişi gedir. Eyni tarix və saata artıq rezervasiya varsa, sistem bunu dərhal bildirir — müştəri fərqli vaxt seçə bilər, biznes tərəfində də toqquşma bildiriş modalı görünür.
Bəli, tətbiqdən əvvəlcədən sifariş verə bilərsiniz; sifariş hazır olanda push bildiriş alırsınız və növbəyə girmədən təhvil alırsınız.
Əgər bağlı olduğunuz biznes bu funksiyanı aktivləşdiribsə və profilinizdə doğum tarixinizi paylaşmısınızsa, bəli — məsələn yaşınıza bərabər faizdə endirim kuponu ala bilərsiniz. Bu tamamilə könüllüdür, məlumatlarınızı istənilən vaxt yeniləyə və ya silə bilərsiniz.
Komandamız layihə, tərəfdaşlıq və texniki suallara 3 iş günü ərzində cavab verir.
Bizimlə əlaqə